Vücudi-adəm üstündə,Fəhm et, budağı beşdi.Dörd balu-pər kənarındaSeyr et, yarağı beşdi.Vuran, görən, bilən əhliƏsasıdır vücudun.Üçü aşkar, iki pünhan,Bais marağı beşdi.

Şərafət nazil olandaHaşimin övlatlarınaYüz on dörd surə bəxş olduOl Xudadan adına.Sidqinən iltimas eylə,Yetər mömin dadına.Hökmü aşkar, özü baqi,Əsl mərd ağa beşdi.

Kənar etməz bəni-insanCandan dərdi, nə qəmi.Mövciyyatı təqdir etdi,Yox tədbirin nə cəmi.Bətni ana, tifil növrəst,Əri piran aləmi.Cəm eyləsən birər-birər,Yazsan, varağı beşdi.Alı, çağır imdadınaO şahların şahını.Müqəddəs xak kənar etməzƏrşi-əla ahını.Bəşər üçün kəlam yazdıHəqiqətin xakını.Söfvt, Tövrat, Zənbur, İncil,Quran sorağı beşdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri