Camalın şöləsi gəzir cahanı,Necə ərş üzündə Ay üzər, üzər.Həsrət dolanmağın yandırır canı,Demə ki, danışır ay üzər, üzər.

Qəmər hüsnün seyraqubdan daldala,Oxuyan sinəmi, çalar "dal" "dal" a.Sənin fikrin mana gəldi dal-dala,Tək çəkə bilmirəm, ay üzər, üzər.

Geydim ayağıma hicran çəkməsinQəm başımdan tutub, hicran çəkməsin.Heç kəs İman kimi hicran çəkməsin,Axırda ömrünü ay üzər, üzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran