Əlidir, Əli
İsmi-vəsiyyinən vəliyyi-Xuda,Şiri-pərvərdigar Əlidir, Əli.Edən bədənləri sərindən cüda,Sahibi-Zülfüqar Əlidir, Əli.
Gəlibdi mövcuda külli-kainat,Vəhş ilə, teyr ilə, insan, heyvanat.Heç kimsədən yoxdu bir zərrə nicat,Axırda sahibkar Əlidir, Əli.
Gətirən Məhəmməd dinin aşkara,Tanıdan məxluqu pərvərdigara.Uçar ruh bədəndən, gedər məzara,O gündən xəbərdar Əlidir, Əli.
Siratəlmüstəqim, vəzn ilə mizan,Səqirən, kəbirən şefeyi-üsyan,Qismi-nari-cəhim, cənnəti-Rizvan,Onlara xiridar Əlidir, Əli.
Dünyadır - fanidir, üqbadır belə,Cəmi məxluqatı salıb müşgülə.İman, sübhü məsa sən gətir dilə,Dar gündə mədədkar Əlidir, Əli.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-elidir-eli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
Ey üzü, qəddi, ləbi, xətti cahanə şur salanSərv qədsən, lalə üz, reyhan xətü, qönçə dəhan.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.