Bilməyə
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pul təmənnasilə şeirin ərz edə hər nakəsə,Küçələrdə xar olub, öz nəngü-namun bilməyə.
Şeir hikmətdir, bəsi alidi qədri şairinHeyf ola şair əgər qədrin, kəlamın bilməyə.
Kitabxana.az · https://kitabxana.az/works/mehdiqulu-xan-vefa-bilmeye
Başqa şairlərin şeirləri
Dişləri mırıq, düyməsi qırıq, şalvarı qısa, qardaşım İsa
Xanım izahat verir,şəkil çəkib ad verir:
Qadasın aldığımSəhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.