Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.Onun ətrin dimağımdan uzmasın,Əmanət et bad-səbaya, tilli.

Qaşa vəsmə, gözə sürmə çəkəndə,Saçlarını dal gərdənə tökəndə,Sallanıban kəklik kimi səkəndə,Dönər yaşıl baş sonaya, tilli.

Səni görən çox bəlaya tuş olur,Əqli başdan gedər, fəramuş olur,Avazın gələndə can bihuş olur,Heyranam bu narın sədaya, tilli.

Yanağı lalə sən, qaməti dal sən,Ağzı şəkər sən, dodağı bal sən,Sanasan bir yornuq vəhşi maral sən,Olursan yaraşıq obaya, tilli.

Sən sən padşahı, xanı Əbdinin,Əqli-huşi, din-imanı Əbdinin,Həsrətindən çıxdı canı Əbdinin,Nə olur gəlsən buraya, tilli.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Təbiət və bahar