Gah bozarır, gah qızarır,Gah qızarır, gah bozarır.Günəş çıxır, tez də batırYazla-qışın arasında.Hava meyxoş, hava sərin,Qışla-Yazın arasında.Bu nə qışdır, bu nə yazdır?Soyuq çoxdur, isti azdır.G ünəş doğur, bəs Günəşin,O istisi harda qalıb?O həniri, hərarəti,Yoxsa ondan qışmı alıb?Soyuq, şaxta Yerə hopubİşləm işdir iliyinə.Şehlər dönüb qrov olub,Səpələnib Yer üzünə!Qar da, buz da yağış təkin,Çisək təkin tez-tez yağır.Qarı N ənə ətəyiniBulud kimi tez-tez sıxır.Qara bulud durulaşır,Pambıq kimi dümağ olur.Qara yağış - Ağ yağışa,Yağa-yağa urcah olur.Quşlar damı hasarındanYuvasını sökür daha.Ağaclarm kəlləsindəYeni yuva tikir daha.Qonur köhnə ovlağına,Sanki çıxır yaylağına.Harm Yaza hazırlaşır,Sığırçınlar qaqqıldaşır.Duma köçü səmt götürür.Karvan çəkib köhno yurda!Bülbüllər də tez-tez ötürO qoruqda, bu qoruqda.Boz Ay dönüb qızardıqcaBoz bülbüllər sari olur.İlk çiçəyi qoxlayan daBal toplayan an olur!Boz Ay Qışı sıxışdırır,Yaza yeni yollar açır!Qışdan sonra gələn YazaÇöllər geniş qollar açır.Xonça tutub el-obalar,Sanki Yazı izləyirmiş.D üzlər boyu xalı sərmiş,Sanki gəlin gözləyirmiş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar