Bismillah
Atıldı dağlardan zəfər topları,Yürüdü iləri əsgər, bismillah!O xan sarayında çiçəkli bir qızBəkliyor bizləri zəfər, bismillah!
Ey döyünən ürək, dumanlı şəhər,Bilirmisən bu zır gurultu nədir?Aç sisli qoynunu ordumuz gəlir.Nişanlın qoynuna girər, bismillah!
Ey hərbin taleyi bizə yol ver, yol!Sən ey gözəl dəniz, gəl türkə ram ol!Sən ey sağa, sola qılıc vuran qolQollarına qüvvet gələr, bismillah!
Ey Bakı, sən qorxma, geldik, gələliSənin üçün biz atıldıq iləri,Sağ olan annelərə olur təselliŞəhidlərin ruhu gülər, bismillah!
Ey düşmən, alnının yazısı qara,Öldürməz bizlərə vurduğun yara,Yolladığım qurşun ərmağan sənəO kirli alnını öpər, bismillah!
Sən mərd olub dursan qarşımda əgər,Qudurğan saçmalı növbətin keçər.Sağlandığım torpaq qanmı içər,Yurdum olmaz sənə sipər, bismillah!
Yurdumuzda bizə meydan oxuyan,Murdar cəmdəkləri murdar qoxuyan,Təkbir səslərini uzaqdan duyanDüşmanımız aman istər, bismillah!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-bismillah
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyaya yas tutdum ürəyimdə mən,Axan göz yaşımı silən olmadı!
Bükdü belimi fırqətin, ey mahi cəhantabBükdü belimi fırqətin, ey mahi cəhantab,Sən alıyor zinəti bil külli səmavat.
Xəllaqi-cahan xəlq eyləyib bir güli-mümtazXəllaqi-cahan xəlq eyləyib bir güli-mümtaz,Bir cümlə ənadil3, o gülə xud4 nəzər əndaz.
Şəhla gözünü etsəm əgər bir də ziyarətŞəhla gözünü etsəm əgər bir də ziyarət,Qurban edərəm kəndimi, dərbari - kərəmdə.
Başqa şairlərin şeirləri · Vətən
Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Zamanın inqilabçılarınaHardasız, ey vətən qayıqçıları?Qaldı dərya üzündə yelkəniniz.
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.