Hardasız, ey vətən qayıqçıları?Qaldı dərya üzündə yelkəniniz.Susdunuz, yox səda və şivəniniz?Ey elin şanlı hayqırıqçıları!

Qəlbinizdə tükəndimi cürət?Fırtına, dalğa, çənmi yollarınız?Yoxsa gücdənmi qaldı qollarınız?Yox, sönənməz o əzm, o qüvvət!Əldə etmək üçün böyük əməli,Qorxmayın, cürət ilə qalxışınız!Fırtına, dalğalarla çarpışınız!İrəli, qəhrəmanlarım, irəli!

Şəfəq atdıqda, ya daha erkən,İnanın, sahilə dəmir atarıq.Bu qaranlıq dumanları udarıq!Sizi alqışlayar sevimli vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən