Sükutumdan şikayətçi bir qadına
Soruşursan: – Nədir bu əczü sükut?– Məni hüsnündür eyləyən məbhut,Ey mənim qəlbimi çalan afət!Həm həyat, həm şüur verən fitrət!Hər kəsə nitq, həm bəyan vermiş.Şairə başqa bir nişan vermiş.Bir sükut ilə endirər gözünü,Duyurar aşinasına sözünü.O sükutimdə öylə sözlər var,Kəlməsindən beş-on kitab yazılar.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-sukutumdan-sikayetci-bir-qadina
← → düymələri ilə keçid, R — təsadüfi şeir