Saqqalı ağ, saçı ağ,Əlində zorba çomaqGəldi qocalmış babaŞaxta baba, qış baba.Gurladı boğnuq səsi,Uğuldadı nəğməsi:“ – Ay uşaqlar, mən qışam,Burda mənzil salmışam.Mən gələndə yağar qar,Onu sevər uşaqlar.Qardan adam yaparaq,Oynarlar qar-topalaq.Soyuq qış axşamındaİsti ocaq başındaNağıl deyir nənələr,Qulaq asır nəvələr”.Çöldə ayaz, boran, qar,Qışın da bir zövqü var...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri