Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,Bu kamali-elmi bəxş edən AğaYetişər dadına, mədətkar olur

Allah səni əziz qılsın dünyada,Həmişə çatasan arzuya, muradə,Xəcalət çəkməyəsən dari-əqbadə,Xatəmül-ənbiya şəfadar olur

Firdovsi-əladə bulasan məqam,Huri-qılmandan alasan ta kam,Cənnət şərabından içəsən yüz cam,Saqiyi-Kövsərin vəfadar olur

Aləm arasında olasan xoşxu,Müsəxxər olsun sənə vəhşi ahu,Şeyx Nəqşbəndi kimi çəkəsən yahu,Mürşid və müridin kamkar olur

Xuluslu qəlb ilən elə ibadət,Qafil olanlara göstər hidayət,Bu Məskin Həsənə qıl sən şəfaət,Yəqin düşmənləri şərmsar olur

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Mey və meyxana