Ay ağa
Dindirməyin halı müşgül olmuşam,Fələk məni başdan salıb ayağa.Sevda sinəm üstə vurub səd yara,İlim bir qərinə, gün olub ay, ağa.
Hicran dağı çəkib yala hasarı,Gurum - gurum, yaraları ha sarı.Görəydim mah camalını ha sarı,Bircə dəfə üz sürtəydim ayağa.
Xumarlanıb sərxoş baxma bu yana,Sərkərdən gəzirəm mən yana - yana.Biçarə Heydəri az danla, yana,Salma məni nəzərindən, ay ağa!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-ay-aga
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Bir əzəldən ta əbəd meydanə gəlmişlərdənüz
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz.
Mükərrərاز غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra
YaxşıdırNamərd ilə şirin şərbət içməkdənMərd ilə içməyə ağu yaxşıdır.