Nə ucadı, nə alçaqdı,bu məqamlar kimdədi,Gözəl işlər, gözəl peşə, böyük namlar kimdədi.Pul oduna ömür verən, nə qazanar dünyada!Haqq atəşi, üzün nuru, dolu camlar kimdədi.

Vari-dövlət qızıl-gümüş, ləlü-kövhər nə şeydi,Nədi söylə kişi işi, bu dünyada nə yeydi,Qara saçı nə ağartdı, əlif qəddi nə əydi,Ağır məclis şirin söhbət, qara damlar kimdədi.

Mərd dediyin neçə kəsdi, işi-gücü yoxdumu,El içində yeri-yurdu, varı-yoxu çoxdumu,Mala-pula meyl eyləmir, harda qurub taxtını,Aşıq Heydər sual eylər, şirin dəmlər kimdədi.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən