Ağ şanı
Bu körpəcə meynəni, oğlum, öz əllərimləSənin əziz adına basdırıram torpağa.Bəsləyirəm mən səni nəcib əməllərimlə,Deyirəm ki, bağban ol bizim bu gözəl bağa.
İllər keçər bu meynə qumların üzərindəGünəşdən qüvvət alıb artar, qol-budaq atar.
Kəhrəbadan seçilməz salxımlar nəzərində,Ağzında şaqqıldayıb hər giləsi bal dadar.
Bu körpəcə meynəni qoru hər bir zavaldanQoy torpaqda kök salıb bərkitsin öz yerini.Bar verməz əkdiklərin doğru sözümdür, inan –Qatmasan bu torpağa öz alnının tərini.
Bunun dadlı, ətirli, ləzzətli meyvəsiniMən yeməsəm də, oğlum, sabah sən yeyəcəksən.Atanın ünvanına – ucaldaraq səsiniBu şirin meyvədən də şirin söz deyəcəksən.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ag-sani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
Vətən nəğməsiEy dünyaya aydınlıq saçan odlar diyarı!Sən ey sönməz günəşin xəzangörməz baharı!
Sənin sevginlə öldükdə kaş qapında torpaq olumGahdan küləklə qalxıb başına dolanım.
Məhəmmədəli şahın qulağına azani-intibahSəhneyi-İranı döndərdin bəla səhrasına,Əzmü qəsd etdinmi “şahim!” mülkünün ifnasına?