Günəş doğur, bürünür Xəzər qızıl rənginə,Qağayılar çığrışıb salamlayır günəşi.Sakinləri qəhrəman təzə evlərin yenəGünəşin tellərilə parlayır par-par döşü.

Mənə elə gəlir ki, günəş də insan kimiƏl-üzünü bizimtək yuyur mavi Xəzərdə,Xəzər üstdən buludlar yol keçir karvan kimi,Könlümün təranəsi yüksəlir pərdə-pərdə.

Arzum, diləyim Xəzər, canım, ciyərim Xəzər,Hamıdan çox mən sənin şıltaqlığına dözdüm.Mən olmasaydım əgər, sən olmasaydın əgər,Sən mənə bənzəməzdin, mən sənə bənzəməzdim.

Yenə Qız qalasının çatılıbdır qaşları,Yəqin düşüb yadına yenə o qanlı dövran.Sulardan baş qaldırıb “Səbayel”in daşları,Ağ saçlı dərviş kimi söz açır babalardan.

Şəhərimin şöhrəti, Xəzərimin vüqarı –Dənizdəki buruqlar görünür yelkən kimi.Qayaları çimdirir Xəzərin dalğalarıAnaları körpəsini öpüb çimdirən kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar