Hər halal çörəkli el süfrəsindəQəlbini kitabtək açasan gərək.Dostların könlünü dindirmək üçünDilindən incilər saçasan gərək.

Vətən torpağından söhbət düşdümü,Zəfər bayrağından söhbət düşdümü,Araz qırağından söhbət düşdümü,Şair, pərvazlanıb uçasan gərək.

Qeybətli məclisə düşdünmü, durma,Vaxtını itirib, özünü yorma.Başlarına dəysin plov, qovurma,Ordan baş götürüb qaçasan gərək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən