Alçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.Bəlli deyil yayın, qışın,Qar qucar bellərin sənin.

Yay olanda gülün qaynar,Ağır ellər səndə yaylar.Bir cüt yaşılbaş oynar,Bulanır göllərin sənin.

Güllərin solğun olmasın,Süsən-sünbülün solmasın.Yad yerdən ovçu gəlməsin,Bağlansın yolların sənin.

Allahverdi, budur yurdun,Nə bir yerdə məskən qurdun.Xub gözləyib, dürüst vurdun,Qurusun qolların sənin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar