Deyə-deyə
Sazım sinəmdə qan ağlar,Yunis Əmrə deyə-deyə.Sinəmi çal-çarpaz dağlar,Yunis Əmrə deyə-deyə.
Qara boyandı el-oba,Çən, çiskin büründü hava.Qəm kökləndi sazda hava,Yunis Əmrə deyə-deyə.
Ağ Aşıq, kütah et sözü,Dönük deyil Tanrı üzü.Görmək üçün dərviş üzü,Gəz, sən Əmrə deyə-deyə.
Kitabxana.az · https://kitabxana.az/works/ag-asiq-allahverdi-deye-deye-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir