Gərdən mina, sürah boyun,Al Osmanda yoxdur tayın,Tutacağam özüm toyun,Ay qız, bil sənin, bil sənin.

Camalındı şəmsi-qəmər,Bahar səndən şəbnəm əmər,Peşkəşindi qızıl kəmər,Ay qız, bil sənin, bil sənin.

Ağ Aşığın günü qara,Ciyər oldu hazar para,Bir busəndi mənə çara,Ay qız, bil sənin, bil sənin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar