Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!Qalxır ayağə, yuyunur pak olur,Bülbüli-baği-ədəbistan çocuq!

Evdə yatıb qalmayaraq kurtək,Dişrə çıxıb cilvələnir nurtək.Dərs evinə əzm eləyir hurtək,Tərbiyəyə, elmə şitaban çocuq.

Məktəbə daxil olur insan kibi,Dərs oxuyur bülbülü-xoşxan kibi,Elmi sevir ruh kibi, can kibi,Fikri gözəl, əqli dürəxşan çocuq!

İştə uşaq dərsinə müştaq olur,Şüğlü yazı, mayili-övraq olur,Səyli olduqda yüzü ağ olur,Eyləyir əhbabını xandən çocuq!

Cəhd eləyir, etməyərək tənbəli,Elm oxuyub güldürə müstəqbəli,Şəni bəşər elmilədir çün, bəli,Elm oxuyur nitqi dürəfşan çocuq,Meyveyi-baği-ədəbistan çocuq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar