Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtim
Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,Zövrəqi-taleim bəhri-ələmdəTəlatümi-qəmdən binişan oldu.
Soldu gül, pozuldu gülşəni-aləm,Şeyda bülbül nə'rə çəkər dəmadəm,Fanusi-ixfayə çünki düşdü şəm,Pərvanə gör necə sərgərdan oldu.
Görünməz bağımda hanı gül, şəhab,Necə olmaz qumri yarsız dilkəbab,Məğribi-fənayə getdi aftab,Şami-tirəbəxtim nümayan oldu.
Yeri, qəhbə fələk, dad əlindən, dad!Bir dəm eşq əhlin eyləmədin şad,Bir Şirindən ötrü misali-FərhadMehdi Bisütunda Kuhkən oldu.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-bey-seqaqi-oldu-burci-nehse-dusdu-kovkebi-bextim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
راز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər