Gəlməsin
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,Nə rəvadır olub zağan məskəni,Şeyda bülbül gülüstanə gəlməsin
Rəvadır sar ola tayiri-çəmən,Kərkəs gülüstanı eyləyə məskən,Bu necə yaraşır deyə Əhrimən,Asəfi-təxti-Süleymana gəlməsin
Tikan üzün sürtər gül ayağına,Xar dönər qönçənin sol və sağına,Gülçin dir öz tikdiyi bağına,Mane ol bağbana gəlməsin
Eşq atəşi candə çəkər zəbanə,Zülmət hicrdən yetişdim cana,Mümkün deyil odə yanmış pərvanə,Şəmi görüb yana yana gəlməsin
Sabit bu dəhrdə Məcnun və VamiqOlmazlar eşqdə sənə müvafiq,Təvafi-Kə'bəyə olurmu layiq,Deyə kafir müsəlmana gəlməsin
Kitabxana.az · https://kitabxana.az/works/esberli-sadiq-bey-sabit-gelmesin