Sevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.Yox, yox, sevməmişəm mən sizin kimi,Gizli görüşlər də gəlmir yadıma.

Məhəbbət yaşıma girdiyim ildəEşqin nəğməsini mərmilər dedi.Məhəbbət təşnəsi dodaq da, dil də“El-oba yasdadır, kim sevər?!” dedi.

O qız da...O qız da qaldı uzaqda,Bəlkə ölən eşqə yas saxlayır o?Kim bilir, bəlkə də məhəbbət haqdaYazılmış bir roman varaqlayır o?

Oxuyur özgənin macərasını,Gizli görüşləri, vüsal dəmini.Kitabla unudur könül yasını,Unudur ömrünün dərdi-qəmini?!

Mən də özgələrin məhəbbətinə,Bəxtiyar eşqinə şeir yazıram.Oxuyan “bəxtəvəri” söyləyir mənə,Qəlbimi yandırır, yaxır öz yaram.

Bir şeir kitabım qəflətən əgər,O qızın əlinə keçərsə bir gün,Yəqin o da mənə “bəxtəvər” deyərSevgidən danışan şeirlər üçün.

Yox, yox, sevməmişəm mən sizin kimi,Gizli görüşlər də gəlmir yadıma.Sevgidən danışan şerlərimiSiz əsla yazmayın mənim adıma.

Ordakı hər sözə siz fikir verin,Hər xətdə bir tale, bir ünvan gəzin,Məhəbbət nəql edən o şeirlərinBədbini mənimdir,nikbini sizin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq