İki məktub
“...Məni yaman unutmusan, oğlun olandan,Elə onu soruşursan, onu hər zaman.Yalnız mənim adım idi dodaqlarındaYalnız mənim səsim idi qulaqlarında.İndi isə tək oğlunu salırsan yada...Məktubun başında da, ortasında daElə onu soruşursan, onu hər zaman,Məni yaman unutmusan oğlun olandan...”
“...Mən sevirəm səni yenə, aylı gecələrGörüşünə can atdığım gəncliyin qədər.Yox, sevgilim, nahaq yerə gileylənirsən...
Məktub yazıb oğlumu hər soruşanda mənDodağımda nəğmə kimi səslənir adınGülüm, oğlum olardımı, sən olmasaydın?!”
Moskva, 1955
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-iki-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Aftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost
İnanmaYalvarma, keçən deyiləm, inanmırsan, inanma,Mən ki and içən deyiləm, inanmırsan, inanma.
غم زلفت پریشان در دل دیوانه میگرددتهیدستی بیاد گنج در ویرانه میگردد
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri