Yanır dənizdə bir fanar,Keçir xəzan, gəlir bahar –Fanar yanır fəsil-fəsil,Boran coşur, külək əsir.Fanarsa sönməyir yanır,Coşan sular işıqlanır.Üzür sularda min gəmi,Sükançının nədir qəmi –Yanırsa sübhədək fanar,İşıq saçırsa tək fanar?!

Mənim də məqsədim dururYolumda bir fanar kimi.Onun gözündədir bu nur,İşıqlı lampalar kimi,Yolumdadır fanar kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar