Gizlətmə gözünü, gözünə qurban,Ürək görünməyir göz gizlənəndə,Günəbaxan kimi günəşə bax sən,Kölgəyə bürünər üz gizlənəndə.

Hərə baş girləsə qoca dünyadaAtsız atlı olar, atlı piyada.Şir meşədə ölər, qartal qayada,Əyri meydan sular düz gizlənəndə.

Ömrün məhək daşı açıq alındır,Yüz hicran əzabı bir vüsalındır.Çəkinmə, od üstə ayaqyalın dur,Kim deyər sözünü biz gizlənəndə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran