Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçün
Atəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
Ölücək həsrəti-kuyinlə həsrət gedəyin,Üstüxanım verələr səglərinə canımçün
Ruxlarını görməyəli iki ay oldu təmam,Göylərə irdi fəğanım mahi-tabanımçün
Ey kam gülşəni-küyündə sənin bülbülünəm,Neymiş bu deməklə nalə vü əfğanımçün
Eləndirər küyinə axır məni şövqi-ruxi-yar,Nitqiya, cənnətə girsəm gərək imanımçün
Kitabxana.az · https://kitabxana.az/works/nitqi-sirvani-qezel-atesin-goyner-ozu-sineyi-suzanimcun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər qəni dil ki cahanda gənci-pünhan istəməz,Eylədi dil xanəsin mə'mur, viran istəməz
Qəzəl: Sənin kimi məlahət mülkünə bir padşah gəlməzSənin kimi məlahət mülkünə bir padşah gəlməz,Bənim kimi məlamət şəhrinə kəmtər gəda gəlməz
Qəzəl: Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıqTəkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşqMehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq
Başqa şairlərin şeirləri · Hicran
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi