Hər qəni dil ki cahanda gənci-pünhan istəməz,Eylədi dil xanəsin mə'mur, viran istəməz

Murvəş bu həbbəyə hərdəm qənaət eyləyənÖz həvasinə uyub təxti-Süleyman istəməz

Ol gədakim hər nəfəsdə eylər ahi-atəşin,Gənci-qəmdə gecələr şəmi-şəbistan istəməz

Fəqrilə aləmdə binamü nişan olan gədaPadşahdan kimsədən xof etməz, ehsan istəməz

İxtiyar edən fəraqət aləmini, Nitqiya,Çərxə rəğbət eyləməz, mehri-dərəxşan istəməz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri