Ey gül-ra'na, məni cövr ilə nalan eyləmə,Razımı bülbül kimi aləmdə dastan eyləmə

Qorxaram seyli-sirişkim aləmi eylər xərab,Dideyi-qəmdidəmi hər dəmdə giryan eyləmə

Qəsri-sultani-xəyalındır könül kaşanəsi,Hər zaman sən sitəmlə anı viran eyləmə

Ləblərin abi-həyatın lütf edib, ey Xızr-xətt,Abi-heyvan deyü hər heyvana ehsan eyləmə

Hər nə cövr eylərsən eylə aşkara, Nitqiyə,Cüft olub əğyarə tək eyşi-pünhan eyləmə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar