Qəzəl: Sənin kimi məlahət mülkünə bir padşah gəlməz
Sənin kimi məlahət mülkünə bir padşah gəlməz,Bənim kimi məlamət şəhrinə kəmtər gəda gəlməz
Gözəllik asimanında yüzün kimi günəş doğmaz,Sənin kimi lətafət bir cənnətə məhliqa gəlməz
Səmənd naz ilə gəldin, sıdın həp qəlbi-üşşaqı,Bu meydana sənin kimi dilavər dilrüba gəlməz
Nə müşküldür ki hər dəmdə rəqibilə gələ dilbər,Cahanda bundan özgə aşiqə müşkül bəla gəlməz
Ruxun gülzarının gərçi həzaran bülbülü vardır,Vəli Nitqi kimi bu gülüstanə xoşnəva gəlməz
Kitabxana.az · https://kitabxana.az/works/nitqi-sirvani-qezel-senin-kimi-melahet-mulkune-bir-padsah-gelmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir sərimu görmədi kimsə miyanından nişan,Mumiyanlar içrə gərçi bəllisən, ey mumiyan
Qəzəl: Dilərəm atəşi-qəm dildə fərəvan olsunDilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun
Qəzəl: Ey gül-ra'na, məni cövr ilə nalan eyləməEy gül-ra'na, məni cövr ilə nalan eyləmə,Razımı bülbül kimi aləmdə dastan eyləmə
Qəzəl: Xəddin qoymadı çöhreyi-güldə lətafətiXəddin qoymadı çöhreyi-güldə lətafəti,Qəddin qopardı başına sərvin qiyaməti
Başqa şairlərin şeirləri · Eşq
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın