Gözlərimdən tökülür bu dili-müztər qanı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
Gündə min aşiqi öldürsə xədəngi-nazınKönlümün çox sənə, zalim, yenə qeynər qanı.
Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab,Xoş olur şəhpəri-laçində kəbutər qanı.
Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu,Sən də lök qanımı, tut qanə bərabər qanı.
Nigəhin gizlədir ol məst gözün, çünki bilir,Qanlının qanına bais olu xəncər qanı.
İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş,Çün müsəlmanə hədərdir tökə kafər qanı.
Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq.Eşidər yari-sitəmgər yenə eylər qanı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Can verən eşqdə bir sən deyisən, ey Naşi,Çox bu meydanda axıb nazlı igidlər qanı.
Kitabxana.az · https://kitabxana.az/works/sukuhi-gozlerimden-tokulur-bu-dili-muzter-qani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Başına dolandığımYaxşı olar qohum, qardaş,El, başına dolandığım.