Yaxşı olar qohum, qardaş,El, başına dolandığım.Harda körsən, yara yalvar,Dil, başına dolandığım.

Budu gəldi bahar vaxtı,Siməm oldu yarın taxtı,Soyuldu bulbülün rəxtiGül, başına dolandığım.

Qaşların qurar divanı,Taxtdan salar Süleymanı,Xəstə Qasımın cananı,Al, başına dolandığım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq