Saz ola
Usta, məni gözlərinə fəda qıl,Səndən saz istərəm, amma saz ola.Dindirəndə imran dillə danışa,Şeyda bülbüllər tək xoşavaz ola.
Yamanı yamana, yaxşını mərdi,Tərifini edim hər düşən yerdə.Dolaşmaya simlər, vurmaya pərdə,Gözəllər tək onda işvə, naz ola.
Xəstə Qasım sözüm söylərəm əyan,Elə car eylərəm, bəyanbəbəyan.Qiymətin soruşsan, tamam on tümən,Nə ondan çox ola, nə də az ola.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-saz-ola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir