Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.

Əhd eyləmişəm burda gərək təşnə verəm can,Başsız bədənim isti qum üstə qala üryan,Mənlə yata bu çöldə gərək yetmiş iki canŞam içrə, bacı, mənzili-viran sənin olsun.

Bu dəşti-bəla olmuş əcəb bəzmi-mürəttəb,Qəm camın ediblər meyi-möhnətlə ləbalə,Təqsim olunur ali-peyğəmbər, bacı, Zeynə,Abbas mənim, abidi-nalan sənin olsun.

Tərk eylər ədu hörmətü Quranü kitabi,Yəğməye gedər Fatimənin taqətü tabı,Mən Əsğəri ağuşə ahm, sən də Rübabı,Bu şərtlə peykan mənim, əfqan sənin olsun.

Bu çöldə batar kakili-Əkbər, bacı, qanə,Tiri-qəmə Leylanın olur cismi nişanə,Mən ölməmişəm, gəlməgilən ahü fəqanəMənden sonra bu naləvü efqan sənin olsun.

Görsən başımı Əkbər ilə nizədə həmsər,Vur başına, gəl naləyə, salma yerə məcər,Olmuş, bacı can, ruzi-əzəl boylə müqərrərBu dəşt mənim, kuhi biyaban sənin olsun.

Hər zülmü sitəm gəlsə, bacı, olma pərişan,Peymaneyi-qəm nuş ele ta sınmaya peyman,Cəm et başıva silsileyi-Ali Rəsuli,Sərsilsilə qıl Abidi-bimarü məluli,Kül üstə qoy, bacı, kəsik başımı xuli,Tənnur mənim, sineyi-suzan sənin olsun.

Sərrafə riza lazımədir gövhəri məna,Nə qişr, nə tərkib, nə surət, nə həyulə,Təhsili kəmalət eləyib qabili-inşa,Ta ruzi-cəza rövzeyi-rizvan sənin olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri