Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.

Dəstgirəm, acizəm, zənciri-zülmə bağlıyam,Yeddi qardaşım ölüb, qardaş, ürəkdən dağhyam,Mümkün olmur səs çəkəm, bircə doyunca ağlıyam,Dövrəmi axır alıb düşmən, xüdahafız, Hüseyn.

Gülşəni-cismində xəncər yarəsi gül-gül açıb,Oh, o gül yarələr üstündə xoş sümbül açıb,Şərhi-hal etməkliyə hər yarə yüz min dil açıbOlmusan sər ta bepa gülşən, xüdahafız, Hüseyn.

Zeynəbin ölsün Hüseyn, gər bircə sənsiz ZeynəbəPasibandır Şümri-zilcövşən, xudahafiz, Hüseyn.

Bax bu Sərrafın, Rza, gözdən axan göz yaşinə,İbrət eylə sən də, göz yaşın burax özbaşinə.Dəmbədəm Zeynəb dilincə ərz qıl qardaşına,Bu diyari-Kərbəla, bu sən, xudahafız, Hüseyn.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq