Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Xədəngi-nazilən vurdun, məni yıxdın, qoyub keçmə,Müsəlmanəm, mənə islam rəsmilən namaz eylə!
Kərəm qıl başımı torpaqıdan al, qoy dizin üstə,Məni gəl, axır ömrümdə, əzizim, sərfəraz eylə!
Xərab etməkliyə dünyanı bir iyma kifayətdir,Nə fıkri-qətlü qarət qıl, nə qəsdi-tərki-taz eylə!
Sənə kəc baxsa hər göz, qoyma gözdən, ey kəman əbru,Onu tut əlbə-əl qurbani-müjgani-deraz eylə!
Bəlagərdanınam, rəhm et mənə, al canımı, qurtar,Alım dərdin, məni gəl dərdi-sərdən biniyaz eylə!
Təmam eylə mühəddis, şərh vermə hali-Mahmudə,Danışmaq halətin var söhbəti-hüsnı-Ayaz eylə!
Xədəngi-cansitani-qəmzeyi-canan gəlir, ey can,Oturma cismdə, öz ruhunu çıx pişvaz eylə!
Məqtə — şairin təxəllüsü olan son beyt. Tükəndi nəqdi-ömrün getdi, ey Sərrafi-bimayə,Qocaldın, çarəsiz, öz dərdinə bir çarəsaz eylə!
Kitabxana.az · https://kitabxana.az/works/haci-rza-serraf-dilim-yansin-eger-dilden-deyeni-gel-terki-naz-eyle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinəÖz ıxtıyarımı mən vermışəm nıgar əlinə,Yetibdi faili-müxtarın ixtiyar əlinə.
Başqa şairlərin şeirləri
Söylə görüm, olum dilin qurbanı,Nədən vəfa eyləmədin iqrarə?!
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.