Gülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.

Div, bəfəzli-xuda oldu pəridən cüda,Müjdə apar, ey səba, ol büti-siminbərə.

Şamü səhər, müttəsil, şüğlüm olub məşqi-eşq,Gözlərimi dikmişəm lövhi-rüxi-dilbərə.

Bir yükə kim, dözmədi gavi-fələk, sirrə bax,Götdü belindən onun, çatdı məni-kafarə.

Tari bilir, odlaram xirqəvü səccadəni,Saqi , bu qan kasəsin qoyma əlindən yerə.

Qasidi-əhli-niyaz, hüdhüdi-aşiqn-əvaz,Lütf ilə bu naməni bağla o xoş şəhpərə.

Durma, dönüm başına, mən sənə qurban olum,Hümmət elə, ver səfa şövq ilə balü pərə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bircə tamaşa elə dideyi-xunbarimə,Söyləginən halimi ol məhi-xoş-mənzərə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq