Sən naz ilə bir söz dedin, ey can, başa düşdüm
Sən naz ilə bir söz dedin, ey can, başa düşdüm,Əğyarə olan meylini pünhan başa düşdüm.
Qəlbində nələr var, onu biganə düşünməz,Görcək səni, ey sevgili canan başa düşdüm.
Məcnun edən eşq əhlini kimdir, nə bilirdim,Zülfün ki səhər oldu pərişan, başa düşdüm.
Gördükdə zənəxdanını bildim ki, o YusifOlmuş nə üçün layiqi-zindan, başa düşdüm.
Dərdi qəmi-hicranə çətinlik yeri yoxmuş,Bu müşkülü gülmək qılır asan, başa düşdüm.
Gülüzlü gözəl bir sənəmin oldum əsiri,Bülbül ki, edir naləvü əfğan, başa düşdüm.
Sordum, sağalan dərd deyil eşq bəlası,Ölməkdir onun çarəsi, asan başa düşdüm.
Vahid, əgər ümmidi-vüsal eyləməsəydim,Yıxmışdı məni möhnətü hicran, başa düşdüm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sen-naz-ile-bir-soz-dedin-ey-can-basa-dusdum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əcəb Məcnunam, ol zülfə əsir olduqca dilşadəm!Bütün dünya qəmindən, guyiya, bilmərrə azadəm.
Yenə vuruldu könül zülfi-yarə, öz qəmi kəmYenə vuruldu könül zülfi-yarə, öz qəmi kəm,Kəməndə düşdü bu məcnun dübarə, öz qəmi kəm.
Sevmişəm mən səni, ey şux, peşiman deyiləmSevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.
Gözəlim, sən görən ol aşiqi-nalan deyiləmGözəlim, sən görən ol aşiqi-nalan deyiləm,O xumar gözlərə bundan sora heyran deyiləm.
Başqa şairlərin şeirləri · Eşq
Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!
Kuyi-dildar imiş, ey zahid, o cənnət dediyinKuyi-dildar imiş, ey zahid, o cənnət dediyin,Qaməti-yar imiş, əlbət, o qiyamət dediyin.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
MəniLeyli camalını görəndə dilbər,Eylədi Məcnun tək divanə məni.