Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm
Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm,O xumar gözlərə bundan sora heyran deyiləm.
İndi get həsrətini başqa bir aşiq çəksin,Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm.
Gəz, dolan, seyr elə öz sevdiyin aşiqlər ilə.Ürəyindən nə keçir, eylə, peşiman deyiləm.
Səndə bir azca gözəllik: iki qaş, göz vardır,Bivəfasan, demişəm aləmə, qorxan deyiləm.
Gözləməkdən yolunu yaxşı qutardım özümü,İndi heç bir gözəl eşqində nigaran deyiləm.
Könlümü güclə xilas eyləmişəm zülfündən,Daha xatircəməm, eşqində pərişan deyiləm.
Vahidəm, indi sədaqətli gözəllər sevirəm,Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozelim-sen-goren-ol-asiqi-nalan-deyilem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən zülfünü aç, tök üzünə, şanəsi məndən,Zənciri nişan ver mənə, divanəsi məndən.
Fələk büküb belimi, intiqam alır məndənFələk büküb belimi, intiqam alır məndən,Ədunu gör ki, bu halətlə kam alır məndən.
Fələk istər sala daim məni, ey məh, cüda səndənFələk istər sala daim məni, ey məh, cüda səndən,Olurmu, çəksin əl aşiq, söylə, ey məhliqa, səndən?
Ruxun göstərsə ol məhvəş əgər ziri-niqabindənRuxun göstərsə ol məhvəş əgər ziri-niqabindən,Yəqin ki, döndərər üz göydə fələk öz afitabindən.
Başqa şairlərin şeirləri · Eşq
Hərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm