Sən zülfünü aç, tök üzünə, şanəsi məndən
Sən zülfünü aç, tök üzünə, şanəsi məndən,Zənciri nişan ver mənə, divanəsi məndən.
Sən aşiqi yandırmağa, mən yanmağa mail,Sən şəmini göstər mənə, pərvanəsi məndən.
Zülfün qədəri aşiq olan var sənə, ey gül,Sən söylə o məcnunları, əfsanəsi məndən!
Sərməst gözün fitnə, ləbin nəşəli badə,İçdir mənə ol badəni, peymanəsi məndən.
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın,Göz yaşı kimi incisi, dürdanəsi məndən.
Hərdən götür üzdən, gözəlim, əfiyi-zülfün,Çək zahirə gəncinəni, viranəsi məndən.
Vahid, meyi tərk etmək üçün piri-muğanın,Rəncidə olub bir neçə məstanəsi məndən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sen-zulfunu-ac-tok-uzune-sanesi-menden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu qürbət ölkədə mən görmədim səfa, gedirəm,Bu qədri bəsdi mənə, çəkmişəm cəfa, gedirəm.
Bir az da səbr elə, ey yari-mehriban, gəlirəmBir az da səbr elə, ey yari-mehriban, gəlirəm,Sənin yolunda fədadır bu cismü can, gəlirəm.
Get, gülüm, get mənə sən can olasan, istəmirəmGet, gülüm, get mənə sən can olasan, istəmirəm,İşvəli, sevgili canan olasan, istəmirəm!
Güldən artıq səni, ey cismimə can, istəyirəm!Güldən artıq səni, ey cismimə can, istəyirəm!Gündə yüz yol edəsən bağrımı qan, istəyirəm.
Başqa şairlərin şeirləri · Eşq
Yə yenə bənd oldu könlüm birin simin bərə,Lam-əlif la, ləli-nabın bənzər abi-kövsərə,
SonetGünlərim calanıb ömür yoluna,Sözlərim səpilib ayaqlarına...
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
İsmi pünhan, neçin belə sınıqsanİsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.