Fələk büküb belimi, intiqam alır məndən
Fələk büküb belimi, intiqam alır məndən,Ədunu gör ki, bu halətlə kam alır məndən.
Mənimlə daim o kəslər ki, həmpiyalə idi,Nə cam lütf edir indi, nə cam alır məndən.
Qürurə mail olub bəzi həmdəmi-naqis,Nə varsa səbrü qərarım, təmam alır məndən.
Soruş ki, neyləmişəm mən bu mehrsiz fələkə,Nə varsa, səbrü qərarım, təmam alır məndən.
Nizamı gərdişi-çərxin nizamidən düşsün,Nizami-işrətimi binizam alır məndən.
Mənim bu halımı gördükcə şad olur düşmən,Sanır qisasə tapıbdır məqam, alır məndən.
Mətai-şerlə, Vahid, həmişə xoşhaləm,Vətən cocuqları şirin kəlam alır məndən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-felek-bukub-belimi-intiqam-alir-menden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyata zövq verən sevgidir, məhəbbətdir,Məhəbbət hər kəs üçün ən böyük səadətdir!
Sənin gözəlliyin, ey gül, bütün məlahətdirSənin gözəlliyin, ey gül, bütün məlahətdir,Bu hüsn səndə ikən ən böyük səadətdir.
Hərdən kim, naz edir mənə canan, xoşum gəlirHərdən kim, naz edir mənə canan, xoşum gəlir,Naz eylədikcə könlüm olur qan, xoşum gəlir.
Qətlim üçün xəncərin çəkmiş o xəm əbru gəlirQətlim üçün xəncərin çəkmiş o xəm əbru gəlir,Salmağa əfsunə dil ol dilbəri-cadu gəlir.
Başqa şairlərin şeirləri · Fələk və tale
Çərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
DünyadaQafil dilim, bu nə yoldu tutubsan,Sərf edirsən nə kamaldı dünyada.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.