Hərdən kim, naz edir mənə canan, xoşum gəlir
Hərdən kim, naz edir mənə canan, xoşum gəlir,Naz eylədikcə könlüm olur qan, xoşum gəlir.
Yenə küsüb, acıqlı baxır sevgilim mənə,Canım ola o gözlərə qurban, xoşum gəlir.
Bir an rəqibi görməyə yoxdur görən gözüm,Öz yarım incidir məni hər an, xoşum gəlir.
Zəhləm gedir nigarimə baxdıqca özgələr,Saymır rəqibi ol güli-xəndan, xoşum gəlir.
Mümkünsə, bir gözəl sev – onun mübtəlası ol,Gördükdə hər gözəl demə: – Bundan xoşum gəlir.
Zövqi-vüsal ilə yenə könlüm açılmayır,Yaxdıqca könlümü qəmi-hicran xoşum gəlir.
Gül bülbül ilə olmalıdır, xar xar iləYar olsa bir qız ilə bir oğlan, xoşum gəlir.
Vahid, vətən gözəllərinin mübtəlasıyam,Dönmüş behiştə Azərbaycan, xoşum gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-herden-kim-naz-edir-mene-canan-xosum-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnanmışam, gözəlim, xalq içində bir sənə mən,Zəmanə bülbülüyəm, aşiqəm o gülşənə mən.
Dil verməsəydim ol sənəmi-məhliqayə mənDil verməsəydim ol sənəmi-məhliqayə mən,Asudə yerdə düşməz idim min bəlayə mən.
Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mənSevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən,Bir dəm ömrümdə çəkərdimmi bu dərdü qəmi mən?
Çox gözəllər gördüm, axtardım bütün dünyanı mənÇox gözəllər gördüm, axtardım bütün dünyanı mən,Tapmadım aləmdə öz könlüm sevən cananı mən.