İnanmışam, gözəlim, xalq içində bir sənə mən
İnanmışam, gözəlim, xalq içində bir sənə mən,Zəmanə bülbülüyəm, aşiqəm o gülşənə mən.
Mən arifəm, bilirəm, sən nə bağçanın gülüsən,Əgərçi çoxdan əsirəm o zülfü süsənə mən.
Tamam bu aləmi gər çəksən imtahan daşına,Xəyalına gələrəm qəlbi saf çıxan yenə mən.
Alar qərarını əldən, inanma hər gözələ,Nə bir vəfası olur, qoy deyim bunu sənə mən.
İtirmə gəl bu kiçik şeri, Vahidin sözüdür,Özün də bir dənəsən, saxla yadda, bir dənə mən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-inanmisam-gozelim-xalq-icinde-bir-sene-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə yetişdi əlim vəsli-yarə, eşq olsunKi, həsrət olmadım ol gülüzarə, eşq osun!
Gözəl, müşkül sənintək bir nəfər sahibcamal olsunGözəl, müşkül sənintək bir nəfər sahibcamal olsun,Yəqin ki, bu qara gözlər belə xətt ilə xal olsun.
Ey könül, sev elə cananı, güləndam olsunEy könül, sev elə cananı, güləndam olsun,Sözü şirin, özü bir şuxi-dilaram olsun.
Yarın səri-kuyində təki məskənim olsunYarın səri-kuyində təki məskənim olsun,Cənnət adı çəksəm, mənə tanrı qənim olsun.