Ey könül, sev elə cananı, güləndam olsun
Ey könül, sev elə cananı, güləndam olsun,Sözü şirin, özü bir şuxi-dilaram olsun.
Hər görəndə sənə məstanə gülüşlərlə baxanBu nəzakətlə o bir fitneyi-əyyam olsun.
Olasan ovçusu daim elə rəna gözəlin,Sənə ahu kimi hərdən özü də ram olsun.
Bundan artıq da səadətmi olar aşiq üçün,Yarı həmməclis, əlində meyi-gülfam olsun?!
Bu gözəl məclisimiz, ruhə qida musiqidir,Sakit əyləşməli, qoy musiqi itmam olsun!
Kamə yetməkliyə qoymur məni kuyində rəqib,Xəlqi nakam eləyən kəs özü nakam olsun!
Yarı əğyar ilə görcək, demə, fəryad eləmə,Gül ola xar ilə, bülbül necə aram olsun?
Elimiz şaddı, Vətən də gün-gündən abad,Yaşasın sülhü sevənlər – hamı xoşkam olsun!
Qorxma, eşq aləmi axır səni bədnam etsə,Gərək aşiqlik edən dəhrdə bədnam olsun.
Vahid, istərsən əgər, musiqidən zövq alasan,Məclisində həm Əbülfət, həmi Bəhram olsun!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-konul-sev-ele-canani-gulendam-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Təbiətin işidir, gündə min gözəl yaradır.
Könlüm bir ahu gözlü əlindən yaralıdırKönlüm bir ahu gözlü əlindən yaralıdır,Gəlməz kəməndə, Azərbaycan maralıdır.
Bir nazənin bəyənmişəm, əsli qazaxlıdırBir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.
Bilməm, bu nazənin kimin istəkli yarıdır?Bilməm, bu nazənin kimin istəkli yarıdır?Ya hansı bəxtiyarların bəxtiyarıdır!
Başqa şairlərin şeirləri · Eşq
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Sərü hər muydə min aşiqi nalanın varSərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.