Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.Dağlar çiçəklə süslənərək səbzü dilgüşa...Quşlar ötər, sular aqıb ətrafa gül saçar.Seyr eylədikcə bən şu gözəl kainatı, həpRuhum uçar, uçar əbədi bir səfa duyar.Cənnət qədər bu mənzərə möcüznüma...fəqətHəp bisəmər, deyilsə nəsibim visali-yar.Didari-yar, iştə odur cənnətim bənim;İnsan olan cihanda nasıl sevgisiz yaşar!?Həp sevgidir gözəlliyi insanə sevdirən,Məhrumi-eşq olunca gözəllik də can sıqar.Dünyada varsa devləti-cavid o, eşqdir;Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq