Ruhum yenə ləbrizi-səadət...Ya rəb, bu nə tufani-lətafət?!Göydən yerə enmiş kibi cənnət,Yer-yer saçılır nuri-məsərrət.Həp qol-qola pirşevqü şətarətRəqs etmədə — azadeyi-sənət —Ərvahi-lətifi-mələkiyyət.

Bilməm bu nə halət, nə qiyafət?Ya rəb, bu nə səfvət, nə səbahət!Həp şerlə əlhani-zərafətMəmzuc olaraq sanki bu saət,Qarşımda gülümsər əbədiyyət.Bu levheyi-ülviyyətə, əlbət,Röya deyəməm, eyni-həqiqət...

Olmaz bu qədər nəşəli röya,Ruhum buna qane deyil əsla.Heyhat!.. Bu bir səhneyi-sevda...Bir səhneyi-sevda ki, sərapa,Məczub ona hər bir dili-şeyda,Ərvahi-məlaik belə guyaEylər onu həsrətlə tamaşa.

Ənvarə bürünmüş kibi hər yer,Ahəngi-məsərrətlə gülümsər;Bin naz ilə hər çöhreyi-dilbərƏrz etmədə bir nəşeyi-digər;Gözlər, hələ gözlər, hələ gözlər!..Ya rəb, nə qədər cazibəpərvər!?Ya rəb, nə qədər xariqəgüstər!?

Titrək, dağınıq, şuxü füsunkar,Qumral, sarışın, dalğalı saçlarƏnzari-tamaşagərə yollarMənsur olaraq bir yığın əşar,Gahi olub əzvaqlə sərşar,Pürxəndə edər hər ləbi-səhhar,Parlaq və bəyaz incilər isar.

Əfsus ki, ömrüm kibi hər an,Hər xətvədə bu leyli-zərəfşan,Bir hiçliyə olmaqda şitaban,Həsrətlə baxıb iştə uzaqdanDan yıldızı guya edər elan:“Yaqlaşmada artıq dəmi-hicran.Ey məsti-məhasin olan insan!Al! İştə günəşdən sizə fərman!..”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri