Səni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən əra aşuftə gördüm,Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,Gedər bu teləti-ziba, qərənfil!

Məqtə — şairin təxəllüsü olan son beyt. Üzündən pərdeyi-nazın kenar et!Unutma aşiqi, haşa qərənfil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq