Oldum
Əya Nəvvab, valayi-süxəndan,Yetişdi naməniz dilşad oldum.Qəmü dərdim firavan idi, ammaBehəmdüllah genun azad oldu.
Sərasər şeiriniz öz ruyi-hikmət,Qamu məzmunları mehrü məhəbbət,Möhübbə rəhmətü ədvanə zillət,Bu şirin ləhcəyə mötad oldum.
Sizə lütfi-xuda olsun müraqib,Əta qılsun dəxi əla məratib.Yetə bədxahə gər, əşhabi-saqib,Xərab olsam da gər, abad oldum.
Qəmi-əyyamidən çox natəvanəm,Əliləm, naxoşam, afsordə canəm,Bu tətildən özüm də bədgümanəm.Məgər kuhi-qəmə Fərhad oldum.
Unutma sən duadan Natəvanı,Əlilü naxoşu əfsordə canı,Cənabında səva yoxdur gümanı,Əgər yaddan çıxam bərbad oldum
Kitabxana.az · https://kitabxana.az/works/natavan-oldum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdimO mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Başqa şairlərin şeirləri
Qürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
İranlılarBarəkallah, çox nəcib insandılar iranlılar,Her kim eşşəksə ona palandılar iranlılar.