O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Gözün mərdümləri sərməst olub tökmək dilər qanıDüzübdür hər tərəf peykan əcəb xunxara bənzətdim,
Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər.Düşən gül üstə damə əndəli-zarə bənzətdim.
Tutub kəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə,Yar ardınca baxan bir aşiqi-naçara bənzətdim.
Görüb tərfi-binaguşunda cin-cin zulfi-mişkini,O gənci-şayəgan üstə yatan şahmara bənzətdim.
Der idin: kim, nədəndir Qeys olub divaneyi-aləm?Cünun sərriştəsi ol turreyi-tərrarə bənzətdim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Cəfayi-dəhrdən gördüm edərdi şəkvə bir müztərSəsindən Natəvani-bidilü əfkarə bənzətdim.
Kitabxana.az · https://kitabxana.az/works/natavan-o-mujgani-siyeh-novkin-xedeiki-yare-benzetdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Başqa şairlərin şeirləri · Eşq
Nə qədər var güli-rəna üzün ondan rəna.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.