Qaşların kamanilə sən ox vurdun qəlbimə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Halaldır badə içmək adama yar yanında,Dolu qədəh əlində, dodağı dodağında.
Məst olmuşduq ikimiz, həm dilbər, həm də ki, mənO, badə içməyindən, mən nərgiz gözlərindən
Mən tövbə sındırmışdım, günah alım özümə,Badə içdik, tövbə də sındı öz-özünə.
Boyun saldım zəncirə, baş verdim qılıncına,Qara zülflər düşəndə qaşlarının küncünə.
Sənin fərağında mən əl çəkdim varlığımdan,Ölüm mənə yaxşıdır sənin ayrılığından.
Məqtə — şairin təxəllüsü olan son beyt. Əhsən o ləl dodağınla əfsunladın Ləlini,Bir kəlmə söyləməklə qıfılladın dilini.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-eli-leli-qaslarin-kamanile-sen-ox-vurdun-qelbime
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Bir deyənBir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
İstidən şikayətDe göriim bir menə, xüdavenda,Bu bədən qurğuşundumu, ya misdi?
Başqa şairlərin şeirləri · Eşq
Bir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Yar alan könülQəm-qüssədən uzaq olur həmişə,Qəlbini nazənin yar alan könül.
آن خال عنبرین که نگارم به رو زدهدل میبرد از آنکه به وجه نکو زده